insanhaqlari.az

Kəlbəcərə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar

10-07-2024 Baxılıb: 3

Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R.Məmmədov və Gəncə şəhər sakini Z.Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Toplanmış material qərar verilməsi üçün məhkəməyə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930