insanhaqlari.az

Lokal xarakterli antiterror əməliyyatları

05-11-2024 Baxılıb: 19

 

      Xalqımızın  yaddaşına və şanlı hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il hər zaman Qələbə, Zəfər  ili kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin  Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Azərbaycan qələbə qazandıqdan sonra 2020-ci il 10 noyabr tarixində dövlətlər arasında Üçtərəfli Bəyanat imzalandı. Bəyanatın dördüncü maddəsində deyilirdi ki, qanunsuz erməni birləşmələri oz silahlarını təhvil verib, Azərbaycan ərazisini tərk edəcəklər. Lakin üstündən 3 il vaxt keçməsinə baxmayaraq, Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktları həyata keçirdi  və beləliklə, sazişin maddələrinə riayyət etmədi. Nəticədə, Azərbaycan ərazilərini minaladılar, Azərbaycan ərazisində qanunsuz zirehli texnikalar, top və artilleriya qurğuları yerləşdirdilər, tez-tez atəşkəsi pozdular, yerli sakinlərin yaşadıqları yerlərə minalar basdırdılar. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandılar. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini göstərirdi. Dəfələrlə ölkə prezidenti, Ali Baş Komandan səviyyəsində deyildiyi kimi, “bütün bu təxribatlar Azərbaycanın “Dəmir Yumruğu” ilə qarşılaşacaq, onlara güzəşt olmayacaq” kimi fikirləri  reallığa çevrildi. Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Ikinci Qarabağ Müharibəsində olduğu kimi bu antiterror əməliyyatında da ağır relyef şəraitinin olmasına və düşmən mövqelərin daha yüksəkdə olmasına baxmayaraq Azərbaycan ordusu öz gücünü göstərərək qısa zaman ərzində uğurlar əldə etdi. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu. Erməni separatçı dövlətinin başçısı və dəstəkçiləri həbs edilərək Bakıya gətirildi. Antiterror tədbirləri Ordumuzun peşəkarlığını bütün dünyaya göstərdi. Mülki insanlara, mülki infrastruktura ziyan vurmadan, dağdan-dərədən, düzəndən-keçiddən adlayaraq çox qısa müddətdə böyük nəticə əldə etmək yalnız yüksək hazırlıqlı orduya xas hadisədir. Cənab Prezident İlham Əliyev tarixə həm Qurucu, İslahatçı Prezident kimi, həm də Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi düşdü. Azərbaycanın  dövlət suverenliyi tam təmin edildi. Bunun nəticəsidir ki, bu gün Cəbrayılda, Zəngilanda, Qubadlıda, Fizulidə, Şüşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə və doğma Azərbaycanımızın hər guşəsində Şanlı Azərbaycan bayrağı dalğalanır.  Azad olunmuş ərazilərimizdə günəş yenidən doğur, əzəli və əbədi yurd yerlərimiz yenidən canlanır, Azərbaycan bayrağının sancıldığı hər qarış yer cənnətə dönür. Soydaşlarımız yurd yerlərinə, öz ata-baba torpaqlarına geri qayıdırlar. Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bu gün qürurla deyə  bilirik ki, sahəsi 86.6 min kv.km olan Azərbaycan Respublikası bütöv, suveren və müstəqil dövlətdir. Müstəqil Azərbaycan Prezident, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edəcəkdir.

Mahiyyə Həsənova,
Salyan şəhər 9 saylı tam orta məktəbin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031