Baş prokuror: Qarabağ separatçılarının cinayət işi üzrə materiallar tezliklə məhkəməyə göndəriləcək
Qarabağ separatçıları ilə bağlı aparılan təhqiqat yekunlaşıb və materiallar tezliklə məhkəməyə göndəriləcək.
Bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində “NEWS.ru” nəşrinə müsahibəsində bildirib.
Baş prokuror deyib: “Cinayət işində həm müttəhimlərin, həm də zərərçəkənlərin materialları ilə tanış oluruq. Bilirsiniz, bu cinayət işində çoxlu sayda zərərçəkən var. Bütün istintaq tədbirlərinin aparılmasından sonra cinayət işi beynəlxalq normalara və Azərbaycanın cinayət-hüquq qanunvericiliyinə uyğun şəkildə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”.