Ötən gün təhvil götürülən silah-sursatın sayı məlum olub
Sentyabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 qumbara, 5 tüfəng, 3 patron darağı və 285 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.