Azərbaycana qanunsuz dərman, siqaret və qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
Komitəyə istinadən verdiyi məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilərək əl və baqaj yüklərinə baxış keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus çantadan gömrük orqanlarına bəyan edilməyən, 6 adda 134 ədəd dərman vasitələri, Azərbaycanın aksiz markası ilə markalanmayan 1 800 ədəd siqaret, ümumi təqribi çəkisi 161 qram qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.