insanhaqlari.az

Surqut aeroportunda 10-dan çox reys gecikib

10-01-2025 Baxılıb: 0

IMG

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın ən böyük hava limanı olan Surqut aeroportunda güclü qar yağması səbəbindən gediş və gəliş reysləri gecikib.

insanhaqlari.az xəbər verir ki, bu barədə TASS-a Surqut aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Surqut aeroportunun onlayn tablosuna əsasən, 13 reys uçuşu, 4 reys isə gəlişi gözləyir. Belə ki, Moskvaya olan reys təxminən 17 saat, Ufaya - 6 saat, Bişkekə - 7 saat, Tümenə isə 4,5 saat gecikib.

"Reyslər hava şəraitinin əlverişsiz olması, yəni güclü qar səbəbindən gecikib", - məlumatda bildirilib.

Hazırda Surqutda güclü qar yağır, şəhərdə çovğundur. Bələdiyyə başçısı Maksim Slepov öz “Telegram” kanalında qeyd edib ki, əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031