insanhaqlari.az

Cənubi Koreyada mövsümün ən şaxtalı günləri yaşanır

10-01-2025 Baxılıb: 0

IMG

Cənubi Koreyada bir neçə gündür müşahidə olunan soyuq hava mövsümün ən pik səviyyəsinə çatıb.

insanhaqlari.az Cənubi Koreyanın meteorologiya qurumuna istinadla xəbər verir ki, Kanvon və Şimali Kyongi əyalətlərində havanın temperaturu – 20 dərəcə Selsidən aşağı düşüb. Kanvon əyalətinin Pyonçan rayonunda -24,9 dərəcə temperatur qeydə alınıb. Paytaxt Seulda da havanın temperaturu mövsümün ən aşağı (-12 dərəcə) səviyyəsinə düşüb. Külək havanı daha dondurucu edib.

Meteoroloqlar şaxtalı hava şəraitinin qarşıdakı bir neçə gün davam edəcəyini proqnozlaşdırıb.

Ölkənin şimal bölgələri ilə yanaşı cənub hissəsində də havanın hərarəti mövsüm normasından aşağı düşüb. Kvancu və Pusan şəhərlərində havanın temperaturu -10 dərəcəyə düşüb.

Şiddətli qar səbəbindən 21 avtomobil yolu bağlanıb, 20 istiqamətdə bərə səfərləri təxirə salınıb. Soyuq havanın fəsadlarından ölən və xəsarət alanlar barədə məlumat yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031