insanhaqlari.az

Britaniya xəstəxanaları görünməmiş xəstə axını səbəbindən kritik vəziyyətlə üzləşib

08-01-2025 Baxılıb: 0

IMG

Böyük Britaniyanın böyük xəstəxanaları qrip və digər tənəffüs yoluxucu viruslara yoluxmuş xəstələrin görünməmiş mövsümi axınının yaratdığı kritik vəziyyətlə üzləşirlər.

insanhaqlari.az xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb.

Bəzi səhiyyə xidmətlərinin təcili yardım şöbələrində gözləmə müddəti 50 saata qədər ola bilər.

“Səkkiz böyük xəstəxana son 24 saat ərzində təcili yardım şöbələrində mövsümi qriplə bağlı "mövsümi yüksək tələbat" səbəbiylə kritik vəziyyətlərin olduğunu bildirib və bir xəstəxana gözləmə yardımının 50 saat çəkə biləcəyi barədə xəbərdarlıq etdi", - nəşr yazıb.

Milli Səhiyyə Xidmətinin rəhbərliyi qripə yoluxma hallarının artması (gündə 5 000-ə qədər), koronavirus və norovirusun yayılmasının davam etməsi səbəbindən səhiyyə işçilərinə ciddi təzyiqin olduğunu təsdiqləyib. Buna misal olaraq kritik yüklənmə səbəbindən artıq fövqəladə vəziyyət elan edən Liverpul (50 saatlıq gözləmə elan edən), Hempşir və Plimut xəstəxanalarını göstərmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031