insanhaqlari.az

Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib

06-01-2025 Baxılıb: 0

Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) “916” Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, müraciətlər 2024-cü il dekabrın 29-dan 2025-ci il yanvarın 5-dək Çağrı Mərkəzi vasitəsilə qəbul edilib. Daxil olmuş müraciətlər əsasən Ombudsmanın Milli Preventiv Mexanizm mandatına aid məsələlər, o cümlədən qanunsuz saxlama, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə müayinə və müalicəsinin təşkili, saxlanılan şəxslə görüşün təşkili, saxlanılan şəxs barəsində yaxınlarına məlumat verilməməsi ilə bağlı olub. Həmin məsələlər dərhal müvafiq qurumlar qarşısında qaldırılmaqla araşdırılıb və vətəndaşların müraciətləri təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031