insanhaqlari.az

ABŞ rəsmiləri Cənubi Koreyada qəzaya uğrayan təyyarə ilə bağlı araşdırmalarda iştirak edirlər

31-12-2024 Baxılıb: 0

IMG

Cənubi Koreyada 179 nəfərin öldüyü təyyarə qəzasının təhqiqatına ABŞ Federal Aviasiya Administrasiyası, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və “Boeing” şirkəti cəlb olunub.

“Yonhap”ın məlumatına görə, Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi, ABŞ Federal Aviasiya Administrasiyasının rəsmisi, NTSB-dən 3 ekspert və “Boeing” şirkətindən 4 nümayəndə Cənubi Koreyanın Aviasiya və Dəmiryol Qəzalarını Araşdırma Şurası  ilə görüşüb. “Jeju Air” təyyarəsinin qəzasını araşdırmaq üçün şirkətə məxsus Boeing B 737-800 tipli təyyarənin qəzaya uğradığı bölgədə araşdırmalara başlanıb.
Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin Aviasiya Siyasəti üzrə rəhbəri Joo Jong-van keçirdiyi mətbuat konfransında ABŞ rəsmiləri ilə araşdırmanın necə və harada aparılacağı ilə bağlı müzakirələr aparıldığını bildirib.

Məlumat saxlama vahidini enerji təchizatı ilə birləşdirən bir hissənin əskik olduğu təsbit edilən qara qutunun təhlil edildiyini qeyd edən Joo deyib ki, mütəxəssislər heç bir əlaqə hissəsi olmadığı halda məlumatları əldə etmək üçün texniki üsulları araşdırır.

Joo qəza zamanı hava limanında iki hava trafiki dispetçerinin işlədiyini və səlahiyyətlilərin sözügedən hər iki şəxslə görüşdüyünü, lakin hələlik məlumatı açıqlamamağa qərar verdiyini bildirib.Təyyarənin kokpitindəki səsləri qeydə alan qara qutunun digərindən daha yaxşı vəziyyətdə olduğu qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031