insanhaqlari.az

Hindistan “Space Docking Experiment”  çərçivəsində ilk raketini kosmosa uğurla buraxıb

31-12-2024 Baxılıb: 0

IMG

Hindistan kosmos tədqiqatlarını davam etdirir. Hindistan Kosmik Tədqiqatlar Agentliyi  Space Docking Experiment (SpaDeX) missiyası çərçivəsində Andhra Pradeş əyalətindəki Satish Dhavan Kosmik Mərkəzindən ilk raketini buraxdı.

Təxminən 15 dəqiqə sonra kosmik gəmi 470 kilometr hündürlüyə çatdıqda buraxılışın uğurlu olduğu açıqlanıb.Peyklərin orbitə yerləşdirildiyini deyən Hindistan Kosmik Tədqiqatlar Agentliyinin prezidenti  Somanath verdiyi açıqlamada dok texnologiyasına təxminən bir həftə ərzində nail ola biləcəklərini deyib.

Peyklər kosmosda elektron və proton radiasiya səviyyələrini ölçmək üçün nəzərdə tutulmuş radiasiya monitorinqi avadanlığı və təsvir sistemi də daxil olmaqla qabaqcıl aparatlara malikdir və gələcək ekipajın kosmik missiyaları üçün kritik məlumatları təmin edəcəyi gözlənilir.

Docking uğurlu olarsa, Hindistan ABŞ, Rusiya və Çindən sonra kosmosda dok texnologiyasına malik 4-cü ölkə olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031