insanhaqlari.az

AYNA: İstirahət günlərində 50 mindən çox sərnişin şəhərlərarası marşrutlardan istifadə edib

06-01-2025 Baxılıb: 0

AYNA: İstirahət günlərində 50 mindən çox sərnişin şəhərlərarası marşrutlardan istifadə edib

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 30 dekabr-5 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışıb.

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.

Agentlikdən bildirilib ki, ümumilikdə istirahət günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 1775 reys həyata keçirilib, 50600-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərdə BBAK-dan reysə 200-ə yaxın avtobus çıxırsa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Qeyd edilən tarixlərdə 15239 onlayn bilet alınıb. Bu da ümumi bilet satışının 30 faizini təşkil edir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031