Nepalda yırtıcı heyvanların hücumu nəticəsində 5 ayda 83 nəfər ölüb
Nepalda beş ay ərzində yırtıcı heyvanların hücumları nəticəsində ümumilikdə 83 nəfər həlak olub, 599 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
insanhaqlari.az xəbər verir ki, bu barədə Nepal polisinin məlumatında deyilir.
Məlumata görə, 2024-cü ilin iyul ayının ortalarından dekabrın ortalarınadək təkcə ilan sancması səbəbindən 70 nəfər ölüb, 532 nəfər yaralanıb. Eyni zamanda, fillərin insanlara hücumu altı nəfərin ölümünə, 14 nəfərin xəsarət almasına səbəb olub. Kərgədanların və pələnglərin hücumları 7 nəfərin ölümü və onlarla insanın xəsarət alması ilə nəticələnib. Ayılar isə 15 nəfəri yaralayıb.
Nepal polisi insanları yırtıcı heyvanlardan xilas etmək üçün 1835 nəfəri səfərbər edib.