Almaniyanın Aşağı Saksoniya əyalətində axşam saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb.
insanhaqlari.az yerli mediaya istinadla xəbər verir ki, Seledsberq şəhəri yaxınlığında böyük və kiçik tonnajlı iki yük avtomobilinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi yanıb. Yanğına avtomobillərdən birinin çəninin deşilməsi nəticəsində dizel yanacağının alovlanmasının səbəb olduğu ehtimal edilir.
Qəzanın səbəbləri və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.