insanhaqlari.az

Avstriyada partiya sədri miqrasiyanı tam dayandırmağı tələb edir

19-01-2025 Baxılıb: 0

Avstriyada partiya sədri miqrasiyanı tam dayandırmağı tələb edir

İfrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) sədri Herbert Kikl əcnəbilərə veriləcək sığınacaq sayını sıfıra endirmək istəyir.

Siyasətçi bu barədə kütlə qarşısında çıxışında bildirib. Hazırda mühafizəkarlarla danışıq aparan partiya rəhbərinin kansler olmaq ehtimalı çoxdur.

“Sığınacaq müraciətlərinin rəddi, deportasiya və çarter reysləri sayəsində biz Avstriyamızı qalaya çevrə bilərik. Bizim nəzərimizdə sığınacaq heç də xalqların gizli miqrasiyası, sosial sistemdən faydalanma və vətəndaşlıq əldə etmək üçün bilet anlamına gəlmir” – deyə ifrat sağçı lider kütləyə müraciətində bildirib.

Partiya lideri bildirib ki, 2024-cü ildə çox sayda sığınacaq müraciətinə müsbət cavab verilib. İndi isə bu rəqəmi sıfıra endirmək lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031