COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Qan Donorları Assosiasiyası” İctimai Birliyi “Ekologiyanın insan sağlamlığında rolu” mövzusunda yan tədbir keçirib.
Tədbirin keçirilməsində əsas məqsəd ekoloji çirklənmənin insan sağlamlığına vurduğu ziyanı müzakirə etmək olub.
“Qan Donorları Assosiasiyası”nın rəhbəri Fuad Əsgərov mövzunun aktuallığından geniş söhbət açıb. Daha sonra uşaq inkişaf mütəxəssisi Dilşad Musa genofondun və ekologiyanın qorunmasında uşaqların və cəmiyyətin doğru maarifləndirilməsindən danışıb.
Türkiyəli araşdırmaçı-jurnalist Orhan Çınar ekologiyada insan və dinlərin yeri mövzusunda çıxış edib.
Tədbir Afrikalı Uşaqlar üçün Beynəlxalq Yardım Fondunun prezidenti xanım Angela Josephlanın, ekofəal Sərdar Yusifoğlunun, jurnalist Nəzərbəy Hacıağayevin və başqalarının müzakirələri ilə davam edib.