insanhaqlari.az

Konstitusiya məhkəmələrinin məhkəmə təcrübəsində ətraf mühitin qorunması ilə bağlı qərarlar müzakirə olunub

18-11-2024 Baxılıb: 0

IMG

Noyabrın 16-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən məhkəmə seminarında iştirak etmək üçün Bakı şəhərinə səfər edən Belçika Krallığının Konstitusiya Məhkəməsinin sədri Lük Lavrysen ilə görüş keçirib.

Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Sədr Fərhad Abdullayev Bakıda keçirilən genişmiqyaslı tədbirin bütün dünya ölkələri üçün əhəmiyyətini qeyd edib. O, Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat verərək iki ölkə arasında məhkəmə-hüquq əməkdaşlığın vacibliyini qeyd edib. Ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, həmçinin insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələrin əhəmiyyətini vurğulayıb. Görüşdə Konstitusiya məhkəmələrinin məhkəmə təcrübəsində ətraf mühitin qorunması ilə bağlı qərarlar barədə fikir mübadiləsi aparılıb.

Lük Lavrysen Azərbaycanın COP29-a ev sahibliyi etməsini yüksək qiymətləndirib.

O, gələcəkdə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olacağına ümid etdiyini və qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930