insanhaqlari.az

Britaniyalı nazirlər COP29-dakı pavilyonları ilə tanış olublar

15-11-2024 Baxılıb: 0

IMG

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyanın müxtəlif ölkələrindən nümayəndələri, yüksək səviyyəli siyasətçiləri və ekspertləri bir araya gətirib.

insanhaqlari.az xəbər verir ki, Birləşmiş Krallıqdan gələn nümayəndə heyətinə müxtəlif sahələr üzrə yüksək səviyyəli nazirlər də daxildir. Böyük Britaniyanın inkişaf naziri Annelis Dodds, ticarət siyasəti üzrə dövlət naziri Duqlas Aleksandr və beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkarti COP29-da Britaniya pavilyonunu ziyarət ediblər. Nazirlər ziyarət çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçiriblər.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer, enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend və xarici işlər naziri Devid Lemmi də COP29 üçün Bakıya gələn Britaniya nümayəndə heyətində yer alırlar. Bu, Böyük Britaniyanın qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öhdəliklərinə sadiqliyini və beynəlxalq arenada bu sahədə daha sıx əməkdaşlıq qurmaq arzusunu göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930