Türk Ticarət Sərgisində Azərbaycanın yaratdığı investisiya imkanları barədə geniş məlumat verilib
İstanbulda ilk dəfə açılan Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi (Türk Ticarət Sərgisi) davam edir.
Tədbirin ikinci günündə təşkil olunan “Türk dövlətlərinin iqtisadi gücü və yatırım fürsətləri” mövzusunda panel iclasda Azərbaycanın bu istiqamətdə irəli sürdüyü imkanlar haqqında geniş məlumat verilib.
Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev paneldə ölkəmizi ticarət və xarici sərmayəçilər üçün yaratdığı imkanlardan bəhs edib.
Xatırladaq ki, Türkiyənin Ticarət Nazirliyinin himayəsində ROK Beynəlxalq Konsaltinq şirkəti tərəfindən, Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palatalar Birliyinin əməkdaşlığı ilə açılan sərginin məqsədi türkdilli dövlətlərin iş adamlarının iqtisadi əlaqələrini daha da inkişaf etdirmək və gücləndirməkdir.
Sərgidə ölkəmiz Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən təmsil edilir.
20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar nümayiş etdirildiyi sərgi bu gün başa çatacaq.