insanhaqlari.az

İkitərəfli sülh gündəliyi

28-10-2024 Baxılıb: 16

 

Ölkəmiz beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Prezident İlham Əliyevin bu günlərdə Kazana reallaşan səfəri və səfər çərçivəsində mühüm əhəmiyyətli hadisələrə şahid olmağımız dövlətimizin başçısının dünyada artan nüfuzunu bir daha təsdiqlədi. Digər mühüm əhəmiyyətli hadisə isə dövlətimizin başçısının Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və çıxışı oldu. Azərbaycan Prezidentinin bu nüfuzlu tədbirdən verdiyi mesaj mühüm əhəmiyyətə malikdir.

BRICS təşkilatı iqtisadi bir təşkilatdır. Bu təşkilata üzv olan ölkələrə nəzər saldıqda arealının geniş olduğunu görmək olar. Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Təşkilatın builki sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyəti, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıb. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib və dünya əhalisinin təxminən yarısını, qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzidir. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.

BRICS ölkələri ilə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi Azərbaycanın iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara əsaslanır. Respublikamız BRICS-in iki üzvü ilə yaxın qonşudur, hər ikisi ilə sıx iqtisadi əməkdaşlıq proqramları var, Şimal-Cənub nəqliyyat alyansını bu ölkələrlə birgə yaradıb, dəhlizin böyük bir hissəsi ölkəmizin ərazisindən keçir, eləcə də digər regional layihələrin həyata keçirilməsi istiqamətində aramsız səylər göstərilməkdədir. Bundan başqa, Azərbaycanın 170 xarici iqtisadi ticarət tərəfdaşının böyük bir qismi də BRICS-də təmsil olunan ölkələrdir. Ölkəmizin 2023-cü ildə xarici ticarət dövriyyəsinin beşdə biri, təxminən 20,8 faizi BRICS üzvlərinin payına düşüb. Azərbaycan nəhəng iqtisadi potensialı olan bir platforma ilə təmasları intensivləşdirməsi və maksimum faydalanmağa çalışması tam normal və məntiqlidir.

 Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışında mühüm əhəmiyyətli mesajlar verdi və bu da tədbir iştirakçıları tərəfindən dəstəkləndi. Prezident qeyd etdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

                Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.

Tədbir çərçivəsində diqqət çəkən məqamlardan biri də Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.İ ki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Kazanda Azərbaycan və Ermənistan liderləri tərəfindən səslənən bəyanatlar bir növ siyasi mesajlardır. Bu mesajları da xarici ünvanlara göndərməklə bəyan edirlər ki, ölkələr danışıqları davam etdirməyə və qalan məsələləri sülh yolu ilə həll etməyə hazırdır. Başqa bir mesajda isə problemlərin qaldığı da de-fakto qeyd olunub. Neçə faiz olmasına baxmayaraq bu problemlər öz həllini danışıqlar yolu ilə tapacaq.

Qadir Əzizov,

4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930