insanhaqlari.az

Britaniya miqrant qayıqlarını Fransaya qaytarmayacaq

18-09-2024 Baxılıb: 0

Britaniya miqrant qayıqlarını Fransaya qaytarmayacaq

Britaniya Fransadan La-Manş boğazı vasitəsilə Britaniyaya keçmək istəyən miqrant qayıqlarına müdaxilə edərək onları Fransaya qaytarmayacaq.

“The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu barədə sərhəd təhlükəsizliyi naziri Ancela İql açıqlama verib. O bildirib ki, Böyük Britaniya Fransanın razılığı olmadan qayıqları geri qaytara bilməz: “Əgər miqrantları daşıyan qayıqlarda hər hansı bir hadisə Fransa sularında baş verərsə, onlar Fransaya qaytarılır. Əgər hadisə Britaniya sularında baş verərsə, biz onları Böyük Britaniyada təhlükəsiz yerə gətirəcəyik”, - nazir qeyd edib. O, kiçik qayıqları geri çevirməyin onların batmasına və daha çox miqrantın ölməsinə səbəb ola biləcəyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930