insanhaqlari.az

Andına sadiq olan həkim

04-08-2024 Baxılıb: 151

 

Məlumdur ki, əsrlər boyu insan həyatında çox böyük rola və təsir imkanına malik olan tibb sahəsi, müasir  dövrümüzdə də öz əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. Unutmaq olmaz ki, ötən əsrlərdə bu sahənin inkişafı müəyyən uğurlara qədəm qoysa da, 21-ci əsrdə fərqli inkişafın əldə olunması qaçılmaz hal oldu.  Çünki, illər keçdikcə tibb elminin inkişafı üçün dövlət qayğısı artırıldı və nəticə etibarilə bu sahədə yeni-yeni uğurlar əldə etmək mümkün oldu. 
Məlumdur ki, ölkəmizin səhiyyə sahəsi ildən ilə müəyyən yeniliklərə imza atır, hətta dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sahəsinin səviyyəsinə çatması, sanki adi bir prosesə çevrilir. Diqqət yetirək ki, son illər istər paytaxt Bakı şəhərində, istərsə də ətraf şəhər və rayonlarda, iri yaşayış məntəqələrində, ən ucqar dağ kəndlərində və s. yeni-yeni tibb ocaqları inşa olunur, bəzilərində əsaslı təmir-bərpa işləri həyata keçirilir və digər addımlar atılır. Səhiyyə müəssisələrinin müasir tibbi avadanlıqlarla təmin olunması, səhiyyə müəssisələrində savadlı, bacarıqlı tibb işçilərinin çalışmaları və s. onu göstərir ki, bu gün Azərbaycan səhiyyəsi inkişaf edir və getdikcə təkmilləşir. Bəli, dövlət-hakimiyyət orqanlarının da əsas məqsədi, məhz hər kəsə yüksək səviyyəli tibbi xidmətlər göstərməyə nail olmaqdır.
Qeyd edək ki, ölkəmizdə əhalinin sağlamlığını lazımi səviyyədə təmin etmək, hal-hazırda dövlətimizin həyata keçirdiyi sosial siyasətin mərkəzində duran əsas vəzifələrdən biridir. Bu baxımdan ölkəmizdə səhiyyə sahəsinin inkişafı, bu sahənin maddi-teхniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yenilənməsi istiqamətində ciddi addımlar atılır. Məlumdur ki, ölkə rəhbəri İlham Əliyev cənablarının təşəbbüsü ilə bu sahədə həyata keçirilən bir çox layihələr, bu yöndə atılan digər addımlar, məhz insanların sağlamlığının təmin olunmasına xidmət edir. Məsələn, bir neçə il bundan əvvəl şəhər və rayonlarımızda müalicə-diaqnostika mərkəzlərinin və xəstəxanaların tikilməsi, müasir avadanlıqlarla təchiz olunmaları və s. qeyd etdiklərimizin əyani sübutdur. Bəli, ölkəmizin səhiyyə sahəsində ən son elmi biliklərə yiyələnmələri özünü göstərdikcə, səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti də yaxşılaşır. Sözsüz ki, bu zaman müəyyən təmin olunmalarla bərabər istər idarəetmənin təşkili, istərsə də tibb müəssisələrində çalışanların savadlı, təcrübəli, bacarıqlı olmaları əsas amillər hesab olunur.
 Məlumat üçün qeyd edək ki, son vaxtlar redaksiya əməkdaşlarımızdan bəziləri ölkəmizin ayrı-ayrı səhiyyə müəssisələrində olurlar ki, bu da  bəzən  bizim bilmədiyimiz, hətta eşitmədiyimiz müəyyən mətləblərdən xəbərdar olmağımıza imkan verir. Məsələn, bir neçə gün bundan əvvəl əməkdaşlarımız Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi-131A ünvanında fəaliyyət göstərən 19 №-li Şəhər Poliklinikasında olduqlarından, onlar bu səhiyyə müəssisəsində çalışan həkimlərin sakinlərə göstərdikləri xidmətlər haqda da lazımi məlumatları əldə edirlər. Əldə olunan məlumatlar sırasında bildirilir ki, bu səhiyyə müəssisəsində çalışan peşəkar həkimlərdən biri də, Yeganə Sədaqim qızı Cəfərovadır. Qeyd edək ki, Yeganə  Cəfərova 1978-ci ildə anadan olmuşdur və o, 1995-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi-1 fakültəsinə daxil olur və bu ali təhsil müəssisəsində təhsilini uğurla başa vuraraq nevropatoloq ixtisasına yiyələnir. Yeganə həkim 2003-cü ildən 2015-ci ilə kimi nevropatoloq-həkim olaraq çalışsa da, o, 2015-ci ildən indiyə kimi 19 №-li Şəhər Poliklinikasında baş həkimin müavini vəzifəsində çalışır. Məlumat üçün onu da bildirək ki, nevropatoloq ixtisasına sahib olan Yeganə  Cəfərova, Səhiyyə Nazirliyinin 10 iyun 2024-cü il tarixdə keçirdiyi sertifikasiya imtahanında 85 sualın hər birinə düzgün cavab verir və bununla da o, çox böyük uğura imza atmış olur. Bəli, belə bir nəticəni əldə etmək, həqiqətən də çox böyük uğur deməkdir.
Unutmaq olmaz ki, 2015-ci ildən indiyə kimi 19 №-li Şəhər Poliklinikasında baş həkimin müavini vəzifəsini daşıyan Yeganə xanımın ilk gündən əsas amalı o olur ki, bu səhiyyə müəssisəsində daxili ab-havanın normal qaydaya salınmasında, həkim kollektivinin və tibb bacılarının işgüzarlığının artırılmasında və s. mümkün dəstəyini ifadə edə bilsin. Bəli, əslində bu belə də olur. Çünki, gənc yaşlarında ikən həkim olmaq arzusu ilə yaşayan və ötən illər ərzində zəngin iş təcrübəsinə, lazımi idarəçilik bacarığına nail olan Yeganə  Cəfərova, bu gün Azərbaycan səhiyyəsinin inkişaf etdirilməsində çox böyük rola malik olan həkimlərdəndir. Belə bir səbəbdən də, indiyə kimi bu xanımın şəfalı əllərindən məlhəm alan hər kəs, bu gün də ona həm hörmət göstərir, həm də sonsuz ehtiramlarını bildirirlər.
Bütün bunlardan əlavə, Yeganə xanımın zəngin iş təcrübəsi, dərin elmi biliyə malik olması və s. kollektiv üzvülərinə təsir edən əsas amillərdəndir. Ümumiyyətlə, bu xanımın səmimiyyətini, xoş münasibətini hiss edən hər kəs, o, böyük Allah-Təalaya “Şükür sənə bizi Yaradan!. Nə yaxşı ki, səhiyyəmizdə Yeganə xanım kimi həkimimiz  var” deyə dua edirlər. Çünki, Yeganə  Cəfərova nəinki Yasamal rayonu ərazisində yaşayanlara, hətta digər şəhər və rayonlardan gələnləri də sevindirir, bir sözlə heç kimdən diqqət və qayğısını  əsirgəmir.
Qeyd edək ki, hər bir həkimin, tibb bacısının əlləri şəfalı olmaqla bərabər, həm dili şirin olmalı, həm də insanlara qarşı sevgi hissi ilə  yanaşmağı bacarmalıdırlar. 19 №-li Şəhər Poliklinikasında baş həkimin müavini vəzifəsini daşıyan və ixtisasca nevropatoloq həkim olan Yeganə  Cəfərovanı tanıyanlar çox yaxşı bilirlər ki, bu xanım özündə hansı müsbət keyfiyyətləri cəmləşdirib. Çünki, Yeganə xanımın şəfalı əlləri olmaqla bərabər, çox böyük ürəyi də var və belə bir ürəyə  sahib olan bu həkim, ona üz tutan hər kəsə öz əzizi və doğması kimi baxır. Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, bir çox göstəriciləri ilə tam əksəriyyətdən fərqlənən Yeganə xanım, bu gün Azərbaycan səhiyyəsinin inkişaf etdirilməsində xüsusi rola malik olan həkimlərdəndir.

Şef redaktor:
Gülnarə Ağayeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031