insanhaqlari.az

Layiqli əməyin təminatı ilə bağlı qanunvericilikdə hansı prinsiplər əksini tapıb?

28-11-2024 Baxılıb: 0

IMG

Layiqli əməyin təminatı Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ötən dövrdə ölkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) əsas işçi hüquqları ilə bağlı 60-dək Konvensiyasını, o cümlədən keçən il “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasını ratifikasiya edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, BƏT-lə fəal əməkdaşlıq təcrübəsinə malik olan ölkəmiz məşğulluq və əmək sahəsində öz milli qanunvericiliyini həmin sənədlərdən irəli gələn yanaşmalara uyğun təkmilləşdirib. Bu gün ölkəmizin Əmək Məcəlləsində ayrıca bir fəsil əməyin mühafizəsi normalarını, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi təminatlarını və s. əhatə edir. Məcəllədə müəssisənin mülkiyyətçisinin və işəgötürənin işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduğu vurğulanır. Məcəllədə, həmçinin minimum əməkhaqqı ilə bağlı normalar, o cümlədən işçinin minimum əməkhaqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququ əksini tapıb.

Qeyd edilib ki, ölkəmizdə aparılan minimum əməkhaqqının mütəmadi artımı təmin edilir. Son beş ildə icra olunan 4 sosial islahat paketi nəticəsində də minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfəyədək, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 3 dəfə artıb.

Milli qanunvericilikdə, həmçinin işçilərin məzuniyyət hüququna xüsusi yer verilir. Burada qeyd olunur ki, işçilərin məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Gender bərabərliyinin təmin olunması, əmək münasibətlərində ayrı-seçkiliyə, uşaq əməyinin istismarına və məcburi əməyə, məzuniyyət hüququndan istifadənin məhdudlaşdırılmasına yol verilməməsi və s. ilə bağlı da qanunvericilikdə beynəlxalq normalardan irəli gələn prinsiplər əksini tapıb.

Əmək münasibətləri və məşğulluğa dair milli qanunvericilikdə əksini tapan, biznes reytinqlər baxımından da önəmli olan vacib mövzularla bağlı nazirliyin saytı vasitəsilə də məlumat almaq olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031