insanhaqlari.az

Azərbaycan səfirliyinin təşəbbüsü ilə Braziliyada ağacəkmə aksiyası keçirilib

30-11-2024 Baxılıb: 0

IMG

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində noyabr 28-də Braziliya paytaxtının şəhər parkında Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Bakıdan Belemə” adlı ağacəkmə aksiyası keçirilib.

Səfirlikdən bildiriblər ki, aksiyada COP29-u simvolizə edən 29 ədəd ağ və bənövşəyi ipe ağacı əkilib.

Aksiyada çıxış edən səfir, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, PSD partiyasının və Amazon parlamentinin üzvü, Mercosul Parlamentində Braziliya nümayəndə heyətinin rəhbəri senator Nelsinyo Trace və Braziliya turizm naziri kabinetinin rəhbəri Janara Braqa əkilən hər bir ağacın, dekarbonizasiya və iqlim dəyişmələri ilə mübarizə istiqamətində atılan hər bir addımın atmosferdəki istixana qazlarının səviyyəsini və ətraf mühitə təsirləri azaltmaq üçün vacib proses, o cümlədən gələcək nəsillər üçün güclü mesaj olduğunu qeyd ediblər.

Çıxışlarda, həmçinin COP29 konfransının əhəmiyyəti, növbəti ildə Belem şəhərində keçiriləcək COP30, Azərbaycanla Braziliyanın birgə maraqlarından və sadiq olduqları öhdəliklərdən irəli gələn qarşılıqlı əməkdaşlıq məsələləri xüsusi vurğulanıb.

Tədbirdə Braziliyada akkreditə olunmuş diplomatik korpusun üzvləri (Qazaxıstan, Belarus, Oman, BƏƏ, Norveç, Macarıstan, İran, Surinam, Kamerun, Serbiyanın səfirləri, diplomatik korpusun digər təmsilçiləri), Federal Senatın, Federal hökumətin, Federal Dairə və Şəhər Parkı Administrasiyasının nümayəndələri iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031