insanhaqlari.az

Azərbaycanın və İndoneziyanın diplomatik, xidməti pasport sahibləri vizadan azad olunurlar

29-11-2024 Baxılıb: 0

IMG

Azərbaycanın və İndoneziyanın diplomatik, xidməti pasport sahibləri vizadan azad ediləcək.

“Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Azərbaycan Milli Məclisinin noyabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Saziş 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031