insanhaqlari.az

Pakistanda avtomobil yollarına təklif edilən investisiyalar müzakirə olunub

30-11-2024 Baxılıb: 1

IMG

Azərbaycan Pakistanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Bu fikri Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda bu ölkənin özəlləşdirmə və kommunikasiyalar üzrə federal naziri Əbdül Alim Xanla görüşərkən söyləyib.

Görüş çərçivəsində tərəflər Pakistan ilə Azərbaycan arasında ticarət tərəfdaşlığının təşviqi barədə razılığa gəliblər.

Nazir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etdiyini və Azərbaycan Respublikasının Bakıda qlobal platformada ölkənin potensialını nümayiş etdirdiyini bildirib. O, Pakistanın COP29-da güclü təmsilçiliyini yüksək qiymətləndirib.

Daha sonra azərbaycanlı diplomat və pakistanlı nazir Kəraçi-Sukkur və Sukkur-Heydərabad M6 və M9 avtomobil yollarına təklif olunan investisiyaları müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031