Britaniyada “Airbus”la bağlı təhqiqat aparılır
Böyük Britaniyanın dövlət orqanları “Airbus”la bağlı təhqiqata başlayıb.
Avropanın əsas təyyarə istehsalçısının Britaniyadakı bölmələrinin ixracla bağlı qaydaları pozması araşdırılır.
“Airbus” şirkəti Britaniyanın Vergi və Gömrük Agentliyi (HMRC) ilə əməkdaşlıq edəcəyini bildirib. Agentlik isə məsələyə hələ ki, münasibət bildirməyib.