insanhaqlari.az

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Tehranda öldürülüb

31-07-2024 Baxılıb: 2

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Tehranda öldürülüb

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda öldürülüb.

“Mehr” agentliyi bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadla məlumat yayıb.

“Fələstinin HƏMAS müqavimət hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda şəhid olub”, - deyə məlumatda bildirilir.

Agentliyin məlumatına görə, hücum zamanı Haniyənin mühafizəçilərindən biri də həlak olub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Haniyənin yerli vaxtla təxminən 02.00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb. Hücum Haniyənin İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930