"20 Yanvar mübarizənin təməl daşı"
20 Yanvar - müstəqilliyimizin ugrunda mübarizənin təməl daşı...
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri törədilib. Məhz bu səbəbdən həmin tarix Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
SSRİ-nin başında duranların məkrli niyyətləri sayəsində zirehli texnika ilə paytaxtımıza soxulan əli silahlıların cinayətkar addımları zamanı 147 nəfər günahsız azadlıq mücahidi öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan itkin düşüb.
20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər səhifəsi ilə yanaşı, həm də qürur və qəhrəmanlıq rəmzi kimi qalıb.
Bu tarixi məhz şəhidlər öz müqəddəs qanları ilə Azərbaycanın yeni tarixi yazıb.
Əbəs yerə deyil ki, bövlət müstəqilliyimizi, azadlıq mübarizəsindəki qələbəni ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.
Xalqımız da, dövlətimiz də şəhidlərimizi unutmayıb. 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis olunub, azadlıq uğrunda canlarını fəda edən qəhrəmanlarımızın adları əbədiləşdirilib.
20 yanvar tarixi artıq 25 ildir ki, Azərbaycanda Ümumxalq Hüzn Günü kimi yad edilir.
Amma bu təkcə hüzn günüdürmü? Əlbəttə ki, yox. 20.01.1990-cı il 35 ildir Milli birlik və vətənpərvərlik simvoluna çevrilərək, xalqımızın qan yaddaşında silinməz iz buraxıb.
Bu tarix həm də xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli səhifəsidir.
Azərbaycan xalqı 20 Yanvar Şəhidlərinin xatirəsini əziz tutur.
20 yanvar tarixi həm də 1991-ci il, 18 oktyabr - yəni, Müstəqilliyin Bərpası Gününə aparan yoldur.
Həm o məşum faciə günü, həm də I və II Qarabağ müharibəsində canlarını fəda edən Vətən övladları daim qəlbimizdə yaşayır və yaşayacaq.
Onları heç kim unutmaz!
Zöhrə Səmədova.