insanhaqlari.az

COP29-da meşə yanğını risklərinin azaldılması məsələləri müzakirə edilib

20-11-2024 Baxılıb: 0

IMG

Bu günlərdə Azərbaycanın paytaxtında keçirilən COP29 iqlim konfransı çərçivəsində “Yanğınla mübarizə və vəhşi təbiət üçün risklərin azaldılması sahəsində transsərhəd əməkdaşlığı vasitəsilə iqlimə davamlılığın gücləndirilməsi” mövzusunda müzakirə paneli keçirilib.

Tədbir ATƏT-in İqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndirici Ofisinin təşkilatçılığı ilə baş tutub.

Panel iclasını Ofisin iqlim məsələləri üzrə müşaviri Patrisiya Albrext açıb. Sonra onun moderatorluğu ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin rəis müavini Ələsgər Əliyev, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf mühit və iqlim dəyişiklikləri Departamentinin rəhbəri Nino Txilava, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentson və İsveçrənin Ətraf Mühit üzrə Federal İdarəsinin müşaviri Olaf Volf təqdimatlarla çıxış ediblər.

Çıxışlarda iqlim dəyişiklikləri nəticəsində meşə yanğınlarının tezliyi və intensivliyinin artması qeyd edilib, həmçinin yanğın risklərinin və vəhşi təbiət üçün təhdidlərin azaldılması məqsədilə transsərhəd əməkdaşlığı üzrə regional proqramların işlənib hazırlanmasının zəruriliyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930