insanhaqlari.az

Barbara Botos: “Yaşıl enerji” keçidinə qadınlar cəlb olunmasa, ona nail ola bilmərik

19-11-2024 Baxılıb: 0

IMG

“Yaşıl enerji” keçidinə qadınlar cəlb olunmasa, ona nail ola bilmərik. “Yaşıl enerji” bəşəriyyətin gələcəyidir. Planetin 50 faizini qadınlar təşkil edir və buna görə də zərif cinsin nümayəndələri bəşəriyyətin gələcəyində mühüm töhfələr vermək üçün enerji sektorunda yüksək vəzifələri tutmalıdırlar”.

Bunu Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos jurnalistlərə müsahibəsində deyib.

O, COP29 Sədrliyinin işini, irəli sürülən 14 təşəbbüsü yüksək qiymətləndirib. “Xüsusilə enerji keçidi, “yaşıl inkişaf” və suya aid təşəbbüsləri qeyd etmək istərdim. Biz bir-birimizdən iqlim dəyişmələrinə uyğunlaşma yollarını öyrənməliyik. COP 29 Sədrliyini tərəfdaşları, maraqlı tərəfləri, şirkətləri bir araya gətirdiyinə görə alqışlayıram”, - deyə Barbara Botos bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930