insanhaqlari.az

COP29 kiçik ada dövlətlərinin qlobal iqlim dəyişmələrinə qarşı mabarizədə dünya qarşısında yeni bir təşəbbüs və addımdır.

15-11-2024 Baxılıb: 15

  

2024-cü il noyabrın 13-də Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə İnkişaf Edən Kiçik Ada Dövlətlərinin (SIDS) Sammiti baş tutdu. Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə bu dövlətlər arasında yüksələn əməkdaşlıq səviyyəsindən, onların üzləşdiyi iqlim təhdidlərindən və qlobal ədalətə olan ehtiyacdan bəhs etdi. COP29-a ev sahibliyi edən Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə kiçik ada dövlətləri ilə əməkdaşlığını gücləndirərək, onlara dəstək məqsədilə mühüm addımlar atıb.

Prezident İlham Əliyev çıxışında kiçik ada dövlətlərinin qlobal arenada səsinin daha güclü eşidilməsinin vacibliyini vurğuladı və onları iqlim dəyişikliklərindən qorumaq üçün inkişaf etmiş ölkələri maliyyə və texniki dəstək göstərməyə çağırdı. O, Azərbaycanın keçmişdə bir sıra təbii fəlakətlərdən zərər çəkmiş ölkələrə yardım göstərdiyini və bu dövlətlərin Azərbaycan universitetlərində təhsil almaları üçün təqaüd proqramları təklif etdiyini xatırlatdı.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə 20-dən artıq kiçik ada dövlətinə humanitar və maliyyə dəstəyi verilib. Prezidentin də dediyi kimi, bu səylər Azərbaycanın COP29-a ev sahibliyi etdiyi müddətdə də davam edəcək. Sammit çərçivəsində Bakı Kommünikesi qəbul edilib və burada əlçatan iqlim maliyyəsinin əhəmiyyəti və COP29-un nəticəli olması məqsədilə səylərin gücləndirilməsinə çağırış edilib.

İqlim dəyişiklikləri dünya üzrə hər bir ölkəyə, o cümlədən, Azərbaycana təsir göstərməkdədir. Prezident Əliyev çıxışında Xəzər dənizinin dayazlaşması, qar səviyyəsinin azalması və əvvəllər Azərbaycanda müşahidə edilməyən daşqınların və kəskin yağışların artması kimi problemlərə diqqət çəkdi. Lakin o, kiçik ada dövlətlərinin bu təhdidləri ekzistensial bir təhlükə olaraq yaşadıqlarını vurğuladı.

Prezident İlham Əliyev çıxışında neokolonializmin iqlim ədaləti üçün yaratdığı çətinliklərə də toxundu. O qeyd etdi ki, Fransa və Niderlandın Karib və Sakit okean regionlarındakı müstəmləkə əraziləri iqlim dəyişikliklərinin ciddi təsirlərinə məruz qalır. Yeni Kaledoniya və Fransa Polineziyası kimi ərazilərdə hələ də kolonial idarəçilik davam edir və bu icmaların hüquqları tapdanır. Xüsusilə Fransa Polineziyası 1966-1996-cı illərdəki 193 nüvə sınağından əziyyət çəkir və radiasiya nəticəsində ətraf mühit ciddi şəkildə zəhərlənib. Bu gün ikili standartlar hər yerdə özünü göstərir. Avropa Parlamenti və Avropa Şurasının bu insan hüquqları pozuntularına qarşı laqeyd qalmasını isə siyasi ikiüzlülükdür.

Azərbaycanın COP29 çərçivəsində inkişaf edən kiçik ada dövlətlərinə verdiyi dəstək, iqlim ədaləti və qlobal miqyasda ətraf mühitə olan həssaslığı bu tədbirin əsas məqamlarından biri olub. Bu məqamlar Azərbaycanın iqlim məsələlərində qlobal liderlik iddiasını və ədalətə olan bağlılığını bir daha təsdiqləyir.

Bəllidir ki, dünyanın böyük gücləri, dövlətləri, həqiqətən də, iqlim dəyişikliyinə mənfi təsir göstərəcək hərəkətlərin önündə gedirlər. Bundan daha çox əziyyət çəkən kiçik dövlətlərdir. Bunun məntiqi davamı olaraq da ada dövlətlərlə bağlı ayrıca müzakirələrin keçirilməsi, orada yenə də Prezident İlham Əliyevin çıxış etməsi, özəlliklə də Fransanın müstəmləkə siyasətinə diqqət çəkilməsi təsadüfi deyil. Həqiqətən də, Fransa kimi böyük dövlətlər kiçik ada dövlətlərinin təbii sərvətlərini talayır, həm də onların məhv olmasına yol açırlar. Fransanın ekologiya və iqlim dəyişikliyi naziri Azərbaycanın bu yanaşmasından əsəbləşərək COP29 üçün Bakıya gəlməkdən imtina etdiyini bildirib. Yəni Azərbaycanın Fransaya qarşı haqsız iradları olduğunu iddia edir. Bu isə ondan xəbər verir ki, Azərbaycan əslində hədəfi düz seçib və oxu da hədəfə atıb. Azərbaycan bu məsələləri çılpaq şəkildə dünyanın diqqətinə çatdırır, dünyanın taleyinə məsuliyyət daşıyan dövlətlər Fransanın timsalında buna qarşı çox əsəbi reaksiya verir. Bu isə o deməkdir ki, önümüzdəki bir il ərzində Azərbaycan COP29-un Prezidenti, rəhbəri kimi dünyanın taleyini həll edəcək məsələlərdə öndə olacaq və çox ciddi nəticələr əldə ediləcək.


Cavid Ağayev, 

Salyan rayon Peyk kənd tam orta məktəbin direktor müavini, YAP fəalı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930