Cop29 gündəliyi:-ƏLİBƏYLİ ƏZİZ
Demək olar ki, məşhut tiktok və instagram fenomenləri Bakıdan super videolar paylaşmağa başlayıblar.
Bakı metrosunda səslənən zövqlü, retro musiqilər, Azərbaycanın möhtəşəm mətbəxi, İçərişəhərə dair dəyərli məlumatlar, memarlıq abidələri və s.
Hətta bayaq bir fars bloggerindən öyrəndim ki, İçərişəhərdə tağı taxtadan olan evlər yalnız milyonçulara aid imiş. Çünki taxta çox baha olduğundan hamı üçün əlçatımlı deyildi.
Bir türk bloger isə Bakının İstanbuldan daha təhlükəsiz olduğuna görə sevdiyini deyir.
Alov qüllələri isə gecələr üçrəngli bayrağımıza büründüyü daha gözəldir
Şərhə videolar atacam:
BBC dən olan bizimki isə çəkdiyi video ilə ölkəni ələ salmağa çalışır.
İndi gəlin digər məsələlərə baxaq: Qərbin, Ermənistan və Fransanın anti-təbliğatına baxmayaraq, bütün dünya Bakıya yığışdı. Gözümə elə insanlar göründü ki, Şərqi Avropa ölkə rəhbərləri (Ukrayna müharibəsi uzandıqca Azərbaycana yalvarırlar) dünya maliyyə təşkilatlarının rəhbərləri. Prezident İlham Əliyev hər qəbulda yeni əməkdaşlıq təklifi aldı. Sadəcə adi müşahidə göstərir ki, ölkəmizin dünya siyasətinin mərkəzində yer alması müasir tarixin ən möhtəşəm hadisəsidir.
Bunu da unutmayaq ki, COp tarixində yeganə tədbirdir ki, bu qədər dünyada əleyhdarları var: Qarabağ, etnik təmizləmə, Xankəndi, müharibə və s. + daxili auditoriyanın adekvat ola bilməyən baxışları.
#UN #Climate #COP29Azerbaijan