BMT: 800 mindən çox livanlı məcburi köçkünə çevrilib
“Hizbullah” hərəkatı ilə İsrail arasında münaqişə və Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən 809 min Livan sakini evini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə BMT-nin Livandakı humanitar məsələlərin əlaqələndirilməsi idarəsinin hesabatında deyilir. Təşkilatın məlumatına görə, livanlı məcburi köçkünlərin 52 faizini qadınlar, 48 faizini isə kişilər təşkil edir, 192 minə yaxın insan sığınacaqlarda müvəqqəti yerləşdirilib.
Sentyabrın axırlarında İsrailin “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyata başlamasından sonra təxminən 425 min qaçqın Livanı tərk edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Suriya Qızıl Aypara Cəmiyyətinin məlumatına əsasən, təxminən 425 min insan Livandan Suriyaya keçib, daha 16,7 min livanlı isə İraqa gəlib.