insanhaqlari.az

Niderlandlı nazir miqrantları Uqandaya göndərməyi təklif edib

17-10-2024 Baxılıb: 0

Niderlandlı nazir miqrantları Uqandaya göndərməyi təklif edib

Niderlandın miqrasiya naziri Reinet Klever sığınacaq müraciətinə rədd cavabı verilmiş miqrantların Uqandaya göndərilməsini təklif edib.

“Figaro”ya istinadla xəbər verir ki, ifrat sağçı Azadlıq Partiyasından olan nazir bu təklifi Uqandanın xarici ticarət naziri ilə görüşdən sonra səsləndirib.

“Biz miqrasiyanı tormozlamaq istəyirik. Buna görə də sığınacaq müraciətinə rədd cavabı verilmiş miqrantların ölkələrinə geri qaytarılması vacibdir. Amma bu məsələ ləngiyir. Bizim Uqanda ilə uzunmüddətli əlaqələrimiz və var və bura qonaqpərvər ölkədir” – deyə nazir jurnalistlərə bildirib.

Qeyd edək ki, ifrat sağçı Azadlıq Partiyası ötən il parlament seçkilərini qazanıb. Partiyanın seçkiqabağı platformasında “heç vaxt olmadığı kimi sərt” miqrasiya siyasəti yürütmək yer alırdı.

Ötən həftə Avropa İttifaqı ölkələri miqrantların deportasiyasına dair “innovativ üsulları” müzakirə edib. Bu üsullar arasında Aİ hüdudlarından kənarda miqrant düşərgələrinin yaradılması da yer alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930