insanhaqlari.az

Qazaxda polis məktəblilərlə görüşüb

15-10-2024 Baxılıb: 1






Qazax Rayon Polis Şöbəsinin təşəbbüsü ilə rayonun 3 saylı tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, eləcə də “Erkən nikah və onun fəsadları” mövzularında tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov narkomaniyanın cəmiyyət üçün böyük bəlaya çevrildiyini bildirib, bu problemə qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizə tədbirlərindən danışıb, bu yöndə gənclərin maariflənməsinin vacibliyini vurğulayıb.

S. Əsədov erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. O qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930