insanhaqlari.az

Vətənpərvər iş adamı, xeyirxah insan...

06-09-2024 Baxılıb: 30

 

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Tanrının bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - tanınmış iş adamı, xeyriyyəçi Ceyhun Şirinov keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Tanınmış iş adamı, xeyriyyəçi Şirinov Ceyhun Akif oğlu 14 avqust 1989-cu ildə İsmayillı şəhərində ziyalı ailədə dünyaya göz açmışdır. Orta məktəb təhsilini Bakı şəhər Yasamal rayonu 286-saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyə Akademiyasına qəbul olmuşdur. Akademiyanı bitirdikdən sonra King Boksing üzrə 1-ci dərəcəli hakim işləyib. Akademiyada oxuduğu müdətdə Gənclər təşkilatının sədr müavini vəzifəsində çalışıb. Nərimanov Rayon Yeni Azərbaycan Partiyasının gənclər birliyində fəal xidmət edib. Hərbi xidmət qulluğu zamanı zabitlər kursunu bitirərək leytinant rütbəsinə layiq görülüb. Hərbi Xidmətini N-saylı Sərhəd Qoşunlarında xidmət edib. 2012-ci ildə yaranmış Xüsusi Təyinatlı Briqadasının zabiti,Baş Leytinant rütbəsini alaraq bölük  komandiri olmuşdur. Baş Leytinant rütbəsində ehtiyyata buraxıldıqdan sonra öz sahibkarlıq fəaliyyətini davam etdirərək bir çox dövlət tədbirlərində fəal iştirak etmişdir.
Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.
Bunun üçün insandan Tanrının bəxş etdiyi həyatı doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, başqalarının haqqını tapdalamamaq kimi dəyərlərə ömür boyu sadiq qalmaq tələb olunur.
Xeyriyyəçi və iş adamı Ceyhun Şirinov düz yoldan, doğru inamından, vətəndaş qayəsindən, Allaha, imana, dinə bağlı etiqadından, bir dəfə də olsun sapmayıb, insanlığını, ləyaqətini, mənliyini, kişi qürurunu həmişə, hər yerdə başından uca tutub. 
Əgər bugünə kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq göstərdiyi çoxsaylı insanların minnətdarlığını və alqışlarını da mükafat saysaq, onda deyə bilərik ki, Ceyhun  müəllim Şirinov saysız-hesabsız mükafatlar və təltiflər müəllifidir.
Ceyhun müəllimin səmimiyyət, xeyirxahlıq, mərdlik, düzlük kimi müsbət insanı keyfiyyətlərini də, xüsusi ilə qeyd etmək lazımdır. O, həm də nümunəvi ailə başçısı, bir nəslin, mən deyərdim ki, bir elin, obanın nüfuzlu şəxslərindədir. 
Sonda qeyd etmək istərdim ki, Ceyhun Şirinov “İNSAN HAQLARI” İctimai-Siyasi-Hüquq Jurnalının İdarə Heyyətinin üzvüdür və jurnalın fəaliyyətinin genişləndirməsi istiqamətində əvəz edilməz zəhməti var. Redaksiya heyyətinin adındn Ceyhun müəllimin fəaliyyətində uğurlar arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930