insanhaqlari.az

“Tesla” kapot probleminə görə 1,8 milyondan çox elektromobili geri çağırır

31-07-2024 Baxılıb: 5

“Tesla” kapot probleminə görə 1,8 milyondan çox elektromobili geri çağırır

“Tesla” elektromobilində kapotun açıldığı aşkar edildikdə proqram təminatının işinin pozulması riski səbəbindən ABŞ-də 1,8 milyondan çox maşın geri çağıracaq. Bu barədə ABŞ-nin Milli Avtomobil Yolları və Hərəkət Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Bəzi hallarda elektromobilin proqram təminatının aşkar edə bilmədiyi kilidi açılmış kapot tamamilə açıla və sürücünün görünüş sahəsini bağlaya bilər. Bu da qəza riskini artırır. Geri çağırılma 2020-2024-cü ildə istehsal edilmiş S, X və Y modellərinə şamil olunur.

“Tesla” nasazlığın aradan qaldırılması üçün proqram təminatını yeniləyib.

Ötən ay “Tesla” şüşəsilənlərlə bağlı problemlər səbəbindən ölkədə “Cybertruck” yük elektromobillərinin əksəriyyətini geri çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930