insanhaqlari.az

    QURANI ƏLƏ SALAN MOLLALARA KİM HİMAYYƏ EDİR???  VİDEO..

10-08-2024 Baxılıb: 25

  

Cəmiyyətimiz başdan-ayağa qəribəliklərlə doludur. Və biz də bu qəribəliklərin içərisində yaşamağa məhkumuq. Bəzən elə hadisələrlə rastlaşırıq ki, el dili ilə desək adamın matı-qutu quruyur. Belə yerdə atalar yaxşı deyib, “Qulaq gündə bir söz eşitməsə kar olar”. Ancaq bizim eşitdiklərimiz qulağı kar etmədi, insanı içindən oynatdı.

Ölkədə fəaliyyət göstərən bir sıra sahələrdə bəzi hallarda fırıldaqla məşğul olan şəxslər çalışırlar. Bu cür şəxslərin ara-sıra ifşa olunması və onların işdən uzaqlaşdırılması halları da kifayət qədərdir. İnsanları dolandırmaqla özləri üçün lazım olan vəsaiti əldə edən fırıldaqçılar bütün fəaliyyət sahələrinə təsir etdiyindən son zamanlar yalançı mollalar da peyda olmağa başlayıb.

Bu barədə hələ bir müddət əvvəl eşitsək də, qulaqlarımıza inanmamış və bunun həqiqətdən uzaq olması qənaətinə gəlmişdik. Amma dünən bu mövzu bizi çox düşündürdüyündən bəzi qəbiristanlıqlara baş çəkib, orda çalışan mollaların hansı səviyyədə fəaliyyət göstərməsi ilə bağlı müşahidələr apardıq. Yalançı mollaların daha çox toplaşdığı qəbiristanlıqlardan olan Suraxanı rayonu Dədəqorqud  qəbiristanlığında elə mollalarla rastlaşdıq ki, onların heç dindən anlayışları yox idi. Dədəqorqud qəbiristanlığında "işləyən" mollaların ölülərə və onların yaxın qohumlarına hörmətsizlik etməsi faktının canlı şahidinə çevrildik.

Ölüsünün məzarını ziyarət etməyə gələn və ona yasin oxutdurmaq istəyən vətəndaş mollanı yanına çağıraraq, bu istəyini həyata keçirməsini xahiş etdi. Üzügülər şəkildə "çağırışa" gedən molla yasin oxumağa başlayandan bir az sonra onun mobil telefonuna zəng gəldi. Yasini yarımçıq kəsən molla kənara çəkilib, zəngə cavab verdikdən sonra yenidən qayıdıb, qaldığı yerdən yasin oxumağa davam etdi. Yasini oxutduran şəxs buna etiraz etməsə də, molla işini bitirdikdən sonra ona yaxınlaşıb, bu biabırçılığa nəyə görə yol verdiyini və dini ayini hansı səbəbdən  düzgün yerinə yetirmədiyini soruşduq. Acıqlı şəkildə bizi cavablayan və adını demək istəməyən "molla" çörək pulu qazandığını bildirərək özünə bəraət qazandıran şəkildə bizə reaksiya verdi: "Mən çörək pulu qazanıram. Bu mənim şəxsi işimdir, yasini necə oxumağı mənə öyrətməyəssiniz ki?".

 

Həm günahkar olan, həm də qabaqdangəlmişlik edən molla bu əməlinə haqq qazandırmaq istəsə də, onun etdikləri İslam dininə, ölü sahiblərinə birbaşa hörmətsizlik idi. Ölü sahiblərinə sayğısızlıq göstərən "molla"dan yasini neçə manata oxuduğunu soruşmağı da unutmadıq. Bu dəfə də əsəbi şəkildə sualımızı cavablandıran "molla" "ürəyim istəyəndə 5, kasıbçılıq olanda da 10 manata oxuyuram", deyə söylədi.

Dədəqorqud qəbiristanlığında üzləşdiyimiz hal biabırçı olduğu qədər, həm də ürəkağrıdıcı idi. Özlərinə dolanışıq vasitəsi kimi mollalığı seçən və əslində heç yasin surəsini belə bilməyən şəxslərin bu ayinləri yerinə yetirərkən hansı kəlmələri söylədikləri dəqiq bilinməsə də, onlara qarşı nəzarət mexanizmi mütləq olmalıdır. Çünki belə hal təkcə Dədəqorqud qəbiristanlığında mövcud deyil. Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda da eyni vəziyyət hökm sürür. Belə ki, bu qəbiristanlıqda da əsl mollara nadir hallarda rast gəlinir və geydirmə mollalar qəbiristanlığı monopoliyaya alaraq ağalıq edirlər. Adıçəkilən qəbiristanlığın əsl mollalarından olan və tənqidlərə məruz qalacağından adını bildirməyən molla qəbiristanlığın yalançı mollalar tərəfindən işğal olunduğunu dedi: "Mən neçə ildi ki, bu qəbiristanlıqda ölülərin ruhuna dualar oxuyuram. Burda mollaların çoxu heç ömründə Quran kitabını əlinə almayıb, onlar ərəb dilini bilmirlər. Amma üzlərində tük buraxıb, başlarına papaq qoymaqla özlərini molla hesab edirlər. Ölü yaxınları onların yalançı molla olduqlarını bilmirlər. Yalançı mollalar camaatı soymaqla məşğuldur. Dua oxumaq əvəzinə, dillərinin altında yalandan pıçıldayırlar.Bu, hələ bizim iki qəbiristanlıqda şahidi olduqlarımızın nəticəsi idi. Paytaxta bu cür qəbiristanlıqların və "molla"ların çoxluq təşkil etdiyini nəzərə alsaq, problemin bir neçə qurum səviyyəsində çözülməsi gərəkdir.

Nəzərinizə çatdıraq ki, mollaların dolanışıq vasitəsi kimi bu üsula əl atması qətiyyən yolverilməzdir. Həm dinimiz, həm də insanlığımız bunun ziddinədir. Ailəsinə çörək pulu qazanmaq istəyən şəxslər yalançı mollalığa girişməkdənsə, zəhmət tələb edən işlərlə məşğul olub, halal yolla pul qazansalar, daha yaxşı olar. Ölülərə və İslam dininə hörmətsizlik etməklə, bu cür "molla"lar Allahın qəzəbinə nə vaxtsa tuş gələcəklər. Odur ki, yalançı mollalara qarşı aidiyyatı dini qurumlar nəzarəti gücləndirməli və həqiqətən də doğru yolda olduqlarını yoxlamalıdırlar!

Hörmətli oxucular!

Sizlərə bəzi savadsiz mollalarimizin millətimizi necə aldatdıqlarını bildirmək istəyirəm. Bir coxlarımız bilirik ki, insan öldükdın sonra əməl dəftəri bağlanır. Insan yuxuda olduqda ve öldükdən sonra əməl dəftəri qapalı olur.

Öldükdən sonra əməl dəftəri aciq olanlarin bəziləri hədislərə görə bu kəslərdir. Məscid tikdirənlər, öz halal qazancı ilə yol cəkdirmiş, məktəb tikdirmiş insanlar, gözəl əxlaq və yaxud islam tərbiyəsi öyrədib dünyasını dəyişmiş müəllimlər, özündən sonra əməlisaleh övladlar qoyub getmiş insanlar və bu kimi xeyriyyəçi olanlar.

Bu insanlara qəbir evində belə qoyub getdiklərinə görə savab yazılar. Bunları bilməyənlər çoxdur. Ən azından bəzi savadsız mollalar bilmir. Ölüyə yasin oxuyurlar ki, ölənin savabina yazılsın, ölüyə Quran tapşırmaq, kiminsə əvəzinə namaz qilmaq, və ya Quran oxuyurlar ki ya “Allah bu oxudugum Quranin savabını bu ölənə yaz”, elə bil ki mən oxumamışam, dünyasını dəyişmiş bu adam oxuyub. Yasin, Quran nədir dərk eləmədən oxuyub camaatı aldadırlar. Bunların hamısı pul tələsidir. Budur aye. Dirilərlə ölülər də eyni deyiller! Şübhesiz ki, Allah dilediyine (ayələrini) eşitdirər. Sən isə qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən! (Fatir 22)

Gəlin aldanmayaq dostlar. Quran da Yasin də bütün surələr də dirilər üçündür. Diri iken bu öyüd nəsihətləri oxuyub anlamalıyıq, əməl etməliyik.

- Fərz edək ki, bir insan avtomobil qəzasına düşdü dünyasını dəyişdi. Yol polisi də gəlib bütün yol hərəkəti qaydalarını ölən adamın başının üstündə oxuyur ki qırmızı işıqda keçmək olmaz, piyada keçidində asta sürmək lazımdır, magistralda sürət həddi 100-dür ve s. ve i .Ölən adama bu qaydaların nə təsiri var ? Əlbəttə heç bir təsiri yoxdur.

Bunları unutmayaq !

- Dünyasını deyişmiş insanlar üçun Allaha dualar etməkdən başqa heç bir xeyrimiz dəyə bilməz bizim.

- Dünaysını dəyişmiş insanın günahlarını nə məclisdəki salatlar, nə bozbaşlar, nə bananlar, pak edə bilməz.

- Dünyasını dəyişmiş insanların adından hec bir ehsan qebul olunmaz. Yalnız öz adınızdan ehsan paylayıb dua edə bilərsiniz ki, Allah sizin öləninizə rəhm etsin, qəbir əzabını yüngülləşdirsin.

Allah millətimizi dogru yola yönəltsin inşAllah və dinimizi çirkin şəkildə tebliğ edənlərə hidayet etsin.

Allah hamımızı Quran əxlaqı ilə yaşayanlardan etsin! AMİN.

Vüqar Elmanoğlu.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930