İki qurumdan Zəngilanda BİRGƏ ƏMƏLİYYAT
Zəngilanda iki tondan artıq yabanı çətənə bitkisi məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaşxaş-2024" planına uyğun olaraq tədbir keçiriblər.
Tədbir zamanı Mincivan qəsəbəsində yabanı halda bitən, ümumi çəkisi 2 tondan artıq olan 4657 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.