Peru sahillərində güclü zəlzələ: Sunami təhlükəsi elan olundu
Peru sahillərində güclü zəlzələ baş verib.
Məlumata görə, 6,8 maqnitudalı yeraltı təkanlardan sonra sunami təhlükəsi elan edilib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 56 kilometr dərinlikdə olub.
İtki və dağıntılar barədə məlumat daxil olmayıb.