insanhaqlari.az

“ASAN xidmət” və SESRIC arasında anlaşma memorandumu imzalanıb

18-11-2024 Baxılıb: 1

IMG

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüd Selçuk “ASAN xidmət”in COP29 çərçivəsində təşkil etdiyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olub.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə SESRIC arasında anlaşma memorandumu imzalanıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məqsəd “ASAN xidmət” təcrübəsinin İƏT-ə üzv dövlətlər ilə paylaşılması, dövlət xidmətlərinin göstərilməsi sahəsində institusional və kadr potensialının artırılması üçün təlim, kurs, seminar və səfərlərin təşkilidir.

Həmçinin memorandum çərçivəsində İƏT-ə üzv ölkələrdə dövlət qulluqçularının “ASAN xidmət” tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində təşkil etdiyi “ASAN Beynəlxalq Təlim Proqramları”nda iştirak etmələri nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031