Meksika sahillərində 5 maqnitudalı zəlzələ olub
Meksika sahillərində 5 maqnitudalı zəlzələ qeydə alınıb.
insanhaqlari.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Geoloji Xidməti xəbər yayıb.
Zəlzələnin episentri 1,4 min insanın yaşadığı Santyaqo Tepekstla şəhərindən 11 km şimalda, ocağı 12 km dərinliyində yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.