Şotlandiyanın sabiq birinci naziri vəfat edib
Şotlandiyanın sabiq birinci naziri Aleks Salmond 69 yaşında vəfat edib.
O, Şimali Makedoniyada keçirilən konfransların birində çıxış etdikdən sonra dünyasını dəyişib. Aleks Salmond 2007-2014-cü illər arasında Şotlandiyanın birinci naziri vəzifəsini icra edib.
O, 2014-cü ildə keçirilən Şotlandiyanln müstəqillik referendumu ərəfəsində müstəqillik tərəfdarlarına rəhbərlik edib. Şotlandiya seçicilərinin 55 faiz səslə Böyük Britaniyada qalmağı dəstəkləməsindən sonra birinci nazir vəzifəsindən istefa verib.