insanhaqlari.az

Azərbaycan və Qazaxıstan arxeoloqları arasında yeni əməkdaşlıq əlaqələri qurulur

30-09-2024 Baxılıb: 0

Azərbaycan və Qazaxıstan arxeoloqları arasında yeni əməkdaşlıq əlaqələri qurulur

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev Almatıda görkəmli qazax alimi, arxeoloq Kimal Akişeviç Akişevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Müasir mərhələdə Avrasiya arxeologiyasının üfüqləri və paradiqmaları” adlı birinci beynəlxalq arxeoloji simpoziumda iştirak edib.

İnstitutdan bildirilib ki, beynəlxalq simpoziumun plenar iclasında Azərbaycan aliminin “Cənubi Qafqazın erkən əkinçilik dövrünün yarımköçəri mədəniyyətləri” mövzusunda məruzəsi dinlənilib. Həmçinin hər iki ölkənin arxeologiya institutlarının rəhbərləri arasında ortaq mövzular əsasında müştərək tədqiqat işlərinin perspektivləri müzakirə edilib. Qazaxıstan və Azərbaycan arxeoloqlarının birgə çalışması üçün institutlar arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, simpoziumda 20 ölkədən alimlər iştirak ediblər. Əsas məqsəd Avrasiya arxeologiyasının aktual və fundamental problemləri və onların həlli üsullarının müzakirəsi olub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930