insanhaqlari.az

Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

24-09-2024 Baxılıb: 0

Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Əlirza Mahmudi başçılıq edib.

Konsulluq məsləhətləşmələri çərçivəsində İran nümayəndə heyəti Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov tərəfindən qəbul edilib və görüş zamanı iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, həmin əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə Azərbaycanın Ədliyyə və Daxili İşlər nazirlikləri, Baş Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.

Danışıqlar zamanı konsulluq sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, o cümlədən bəzi istiqamətlər üzrə çətinliklərlə üzləşmiş vətəndaşlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi imkanları, beynəlxalq axtarışda olan şəxslərin təhvil verilməsi, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün vətəndaşı olduqları ölkələrə verilməsi kimi məsələlər nəzərdən keçirilib.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan və İranın daxili işlər, sərhəd və gömrük orqanları arasında əməkdaşlıq məsələlərinə toxunulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930