Konqoda həbsxanadan qaçmağa cəhd edən azı 129 məhbus həlak olub
Konqo Demokratik Respublikasında həbsxanadan qaçmağa cəhd edən azı 129 məhbus həlak olub.
“Deutschlandfunk“ radiostansiyasına istinadla xəbər verir ki, məhbusların bir çoxu kütləvi təşvişin qurbanı olub, bəzilərinin isə qaçmaq istəyərkən güllələndiyi xəbəri yayılıb.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda vəziyyət nəzarət altındadır. İlkin qiymətləndirməyə görə, 24 məhbus xəbərdarlıq atəşi nəticəsində ölüb.
Qeyd edək ki, Kinşasadakı Makala həbsxanası 1500 məhbusun saxlanması üçün nəzərdə tutulub. “Amnesty International” təşkilatının məlumatına görə, hazırda orada 12 mindən çox insan həbsdədir.