insanhaqlari.az

Dövlət Vergi Xidməti: Şikayətlərin sayı 13 faiz azalıb

27-08-2024 Baxılıb: 0

 

İyul ayı ərzində vergi orqanlarına 42.018 müraciət daxil olub ki, onların da 96,0 faizini ərizələr, 3,9 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlərdən 92,1 faizinin baxılması hesabat ayı ərzində başa çatdırılıb, 7,9 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 59,7 faizi həll edilib, 39 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul olunub.

İyul ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azalaraq 1402 təşkil edib. Həll edilmiş şikayətlərin 70,8 faizi kameral vergi yoxlaması, 4 faizi vergi borcu, 3,8 faizi sosial sığorta ödənişləri, 2,2 faizi vergi ödəyicisinin qeydiyyatı, 1,4 faizi maliyyə sanksiyalarının silinməsi, 1,2 faizi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, 1 faizi şəxsi hesab vərəqələri, 15,6 faizi isə digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 69, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930