Almaniyada ukraynalı qaçqınlara müavinətlərin verilməsi dayandırıla bilər
Almaniyanın bəzi federal əyalətlərinin baş nazirləri ukraynalı qaçqınlara müavinətlərin ödənilməsinə yenidən baxılmasının tərəfdarıdırlar.
Bu barədə bu barədə “Bild” qəzeti yazıb.
Brandenburqun Baş naziri Ditmar Voydke bu dəstəyin zamanın ruhuna uyğun olub-olmadığına şübhə edir:
“Digər qaçqınlar “Sığınacaq axtaranların müavinətləri haqqında” qanuna əsasən ayda təxminən 460 avro aldığı halda, ukraynalılar vətəndaş müavinəti (ayda 563 avro) alırlar. Qərar o anda doğru idi, çünki tez kömək lazım idi. Bu gün biz özümüzə sual verməliyik ki, bu dəstək forması hələ də aktualdırmı?”.
Saar torpaqlarının Baş naziri Anke Relinger də ukraynalı qaçqınlara müavinətlərin verilməsinə müsbət yanaşmır.
Saksoniyanın rəhbəri Maykl Kreçmer ukraynalıların mülki müavinətləri almağa davam edib-etməməsi barədə düşünməyə çağırıb. O, Ukraynadan olan qaçqınların 30 faizdən azının Almaniyada işlədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, Almaniyada müəyyən edilmiş qaydaların səhv olduğunu göstərir.