Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-55 faiz olacaq.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.